Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda “Ödənişli Yollar” haqqında ilkin hesabat hazırlayıb. Bu barədə AİB-in Bakı ofisinin məlumatında bildirilir.
“Baxmayaraq ki, son illər ərzində Azərbaycanın yol sektoruna 4,5 mlrd. manat investisiya qoyulub, yol şəbəkəsinin davamlı inkişaf etdirilməsi və məqbul səviyyədə saxlanılması üçün daha çox maliyyə vəsaitinin ayrılması vacibdir. Hazırda donorlar özəl sektor ilə birgə daha keyfiyyətli xidmətin göstərilməsi və yolların saxlanılması üçün birbaşa və ya dolayı gəlir əldə etmək imkanlarını axtarırlar”, - deyə məlumatda qeyd edilir.
“Ödənişli Yollar” haqqında araşdırmanın məqsədi ödənişli yolların tətbiqi üçün prioritet yol hissələrini və özəl sektorun iştirakının səmərəliliyini müəyyənləşdirmək, Azərbaycanın mövcud normativ-hüquqi bazası əsasında özəl sektorun yol sektorunda davamlı iştirakının mümkünlüyünü öyrənməkdir.
Hesabat yerli və xarici tərəfdaşlara təqdim olunub.
Məlumatda vurğulanır ki, AİB təklif və tövsiyələri öyrəndikdən sonra hesabatın son variantını hökumətə təqdim etməyi planlaşdırır. Hesabatda Azərbaycanda ödənişli avtomobil yollarının tətbiqi, risklərin, qanunvericiliyin qiymətləndirilməsinə dair tövsiyələr və digər məqamlar öz əksini tapacaq.
Hazırda Azərbaycanda ödənişli avtomobil yolları mövcud deyil.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın Azərbaycanda energetika, nəqliyyat, kənd təsərrüfatı, MKT və özəl sektorun inkişafı sahələrində layihələr üzrə kredit portfeli $1,4 mlrd. təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət