SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi cümə günü Azərbaycanın və Bakının bəzi rayonlarında qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Qaz təsərrüfatının payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar 09:00-dan 19:00-dək “Avrora” Qazpaylayıcı Stansiyasında, saat 09:00-dan 18:00-dək “Quba”, “Saatlı” Qazpaylayıcı Stansiyalarında, “Quba”, “Qəçrəş” və “Əlillər evi” ölçü qovşaqlarında, saat 10:00-dan “Hövsan” Qazpaylayısı Məntəqəsindən Hövsan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 16:00-dək “Alatava” Qazpaylayıcı Stansiyasından qidalanan “Tbilisi prospekti” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Sulu-təpə” Qazpaylayıcı Stansiyasından Xocahəsən qəsəbəsinə gedən qaz kəmərində, “Masallı” Qazpaylayıcı Stansiyasından qidalanan “Masallı-2” ölçü qovşağında, saat 10:00-dan 19:00-dək “Bolqarıstan” Qazpaylayıcı Stansiyasında, saat 11:00-dan 14:00-dək isə “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalanan “Şəhər-3” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Quba, Saatlı rayonlarına, Masallı, Lənkəran rayonlarının və Sumqayıt şəhərinin bir hissəsinə, Suraxanı rayonunun Hövsan qəsəbəsinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Rəsulzadə və Xocahəsən qəsəbələrinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qaz verilişində fasilələr yaranacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət