2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına ümumi investisiyalar 109,8 mlrd. manat ($131,9 mlrd.) təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev çərşənbə axşamı rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edir.
“Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 109,8 mlrd. manat ($131,9 mlrd.) təşkil edib. Onların yarıdan çoxu daxili investisiyalardır”, - deyə A.Vəliyev bildirib.
DSK sədri vurğulayıb ki, bu dövrdə neft-qaz sektoruna 40,7 mlrd. manat ($47,3 mlrd.), qeyri-neft-qaz və maliyyə sektoruna 69,1 mlrd. manat ($84,6 mlrd.) investisiya yatırılıb.
2012-ci ildə iqtisadiyyata investisiya qoyuluşlarının həcmi rekord səviyyəyə çatıb və $25,8 mlrd. təşkil edib. Bununla belə, 2003-cü illə müqayisədə 2012-ci ildə iqtisadiyyata investisiya qoyuluşları 5,1 dəfə, o cümlədən qeyri-neft-qaz sektoruna 14 dəfə artıb.
“2012-ci ildə Azərbaycan iqtisadiyyatına xarici investisiyaların həcmi 2011-ci illə müqayisədə 18,9% - $10,3 mlrd.-a qədər artıb. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına ümumi xarici investisiyalar $64,1 mlrd. təşkil edib”, - deyə A.Vəliyev bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət