“Siemens AG” şirkətinin yaradıcısı, dünya şöhrətli elektrotexnika mühəndisi Verner fon Simensin “Qafqaz səfərləri” kitabı Azərbaycan dilində nəşr edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
“Qafqaz səfərləri” adlı kitab AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilati dəstəyi ilə işıq üzü görüb.
Əsəri alman dilindən Azərbaycan dilinə Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi işçisi Azər Babayev tərcümə edib.
Verner fon Simens 1864-cü ildə qardaşları Karl və Valterlə birgə Gədəbəydə mis mədənlərini satın alıb və uzun müddət orada çalışıb.
Verner fon Simens həyat xatirələrini 1889-1892-ci illərdə qələmə alıb. "Ömür xatirələri" adlı əsərində o, Qafqaz regionuna səfər xatirələrindən fərəh hissi ilə bəhs edib. XIX əsrin ikinci yarısında üç dəfə - 1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə səfərləri zamanı rəhbərlik etdiyi dağ-mədən firmasının fəaliyyətindən, Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda yaşaması, habelə başına gəlmiş maraqlı və təhlükəli sərgüzəştlərdən söhbət açıb.
Yeni nəşrə əsərin alman dilindəki əsli də əlavə edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət