Bir neçə il ərzində Azərbaycanın sığorta bazarında sığorta haqlarının adambaşına düşən həcmi 100 manata çata bilər. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) rəhbəri Orxan Bayramov belə hesab edir.
“2003-cü ilin yekunları üzrə sığorta haqlarının adambaşına düşən həcmi 5 manat, 2012-ci ilin yekunları üzrə 37 manat təşkil edib. Hesab edirəm ki, bir neçə ildən sonra sığorta bazarının belə inkişaf tempi ilə sığorta haqlarının adambaşına düşən həcmi 100 manata çatacaq”, - deyə O.Bayramov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, son 10 il ərzində sığorta bazarının həcmi 8,2 dəfə artıb və 2012-ci ilin yekunları üzrə 342 mln. manata çatıb. Bu dövrdə sığorta bazarında sığorta haqlarının orta illik artım tempi 23% təşkil edib.
2012-ci ilin yekunlarına görə, sığortaçılar 1 mln. 863,353 min müqavilə bağlayıblar ki, bu da 2003-cü ilin göstəricisindən 4 dəfə çoxdur.
O.Bayramov əlavə edib ki, 2003-2012-ci illərdə sığortaçıların ödənişləri 14 dəfə - 95 mln. manatadək artıb, bu dövrdə ödənişlərin orta illik artım tempi 30% səviyyəsində olub.
“Bu 10 illik dövrdə sığorta bazarının kapitallaşması təxminən 20 dəfə - 343,44 mln. manatadək, kapitallaşmanın orta illik artımı 35% təşkil edib”, - deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət