“SOCAR-Polimer” MMC və “Azərtexnolayn” MMC “Sumqayıt Kimya Sənaye Parkı” ASC-nin rezidentləri olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Sumqayıt Kimya Sənaye Parkında “bir pəncərə” sistemi tətbiq edilib. ASC-nin investisiya cəlbediciliyinin artırılması üçün onun rezidentləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad ediliblər. Bundan əlavə, zavoda gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad edilib”, - deyə ASC-dən bildirilib.
Məlumata görə, parkın sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35-40 müəssisənin yerləşdirilməsi planlaşdırılır. Burada 7000-ə yaxın yeni daimi iş yerinin açılması gözlənilir.
Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcək.
“Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin polad boru zavodunda diametri 400-2000 millimetr olan müxtəlif borular istehsal olunacaq. Burada ildə 75 min ton müxtəlif diametrli polad borular, 60 min ton müxtəlif diametrli və yüksək təzyiqə davamlı hidrotexniki avadanlıq və 12 min ton xüsusi təyinatlı müxtəlif diametrli polietilen boruların istehsalı nəzərdə tutulub. Ümumi sahəsi 27 min kvadratmetr olan müəssisədə ABŞ, Almaniya və Türkiyə istehsalı olan müasir avadanlıq quraşdırılıb. Zavodun məhsulları Azərbaycan təbii qazının və suyunun nəqlini yüksək səviyyədə həyata keçirməyə imkan verəcək.
“SOCAR-Polimer” SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən yaradılıb. Müəssisənin nizamnamə kapitalı $51 mln. təşkil edir. “SOCAR-Polimer” son texnologiyalar əsasında aşağı təzyiqli polietilen və propilen, eləcə də digər kimya məhsullarının istehsalı ilə məşğul olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət