2013-cü ilin yanvar-sentyabr aylarında Azərbycanda ÜDM 5,4% artıb. Bu barədə prezident İlham Əliyev bazar günü Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Dövlət başçısı qeyd edib ki, bu dövrdə qeyri-neft sektoru üzrə ÜDM 10,4% artıb. Kənd təsərrüfatında təxminən 5%, əhalinin pul gəlirlərində 7,6% artım olub, inflyasiya 2,3% təşkil edib.
2013-cü il oktyabrın əvvəlinə strateji valyuta ehtiyatları 49,4 milyard dollar təşkil edib. “Bu, düşünülmüş və ardıcıl siyasətin nəticəsidir. Dövlət investisiya proqramı ildən-ilə artır. Lakin bizim büdcəmiz elə formalaşmalıdır ki, valyuta ehtiyatlarımız artsın. Bu, iqtisadi və siyasi təhlükəszilik məsələsidir. Biz vəsaitləri yalnız ehtiyaclara sərf etməli deyilik, həm də gələcək nəsillərin qayğısına qalmalıyıq”, - deyə İ.Əliyev bildirib.
Prezident deyib ki, hesabat dövründə Azərbaycan iqtisadiyyatına 17,7 milyard dollar investisiya qoyulub ki, bunun 10,5 milyard dolları daxili, 7,2 milyard dolları isə xarici sərmayələrdir.
Dövlət başçısı əlavə edib ki, bu ilin doqquz ayında 90 min, 2003-cü ildən indiyə qədər isə 1 milyon 200 min yeni iş yeri açılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət