2013-cü ilin yanvar-sentyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) profisiti 88 mln. manat və ya hesabat dövründə fond gəlirlərinin 4,4%-ni təşkil edib.
“2013-cü ilin yanvar-sentyabr aylarında DSMF-in gəlirləri 1 mlrd. 978 mln. manat təşkil edib ki, bu da 2012-ci ilın analoji dövrünün göstəricisindən 8% çoxdur. Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən 12% artaraq 1 mlrd. 120 mln. manata çatıb”, - deyə fondun sədri Səlim Müslümov Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında bildirib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında fondun gəlirləri 1 mlrd. 890 mln. manat təşkil edib, bunun 98%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.
Fond rəhbəri qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamları əsasında 2013-cü il sentyabrın 1-dən 1,209 mln. təqaüdçünün pensiyasının baza hissəsi 17,6% - 100 manatadək artırılıb.
“Sentyabrın 1-dən Azərbaycanda pensiyaların baza hissəsi $128-a bərabərdir ki, bu da MDB ölkələri arasında üçüncü göstəricidir. Fondun əhaliyə aylıq ödənişlərinin həcmi 221 mln. manata çatıb”, - deyə S.Müslümov bildirib.
O qeyd edib ki, hazırda fondun uçot sistemində ölkənin əmək qabiliyyətli əhalisinin 44%-nin, məşğul əhalisinin isə 60%-nin fərdi şəxsi hesabı var.
“İki aydan bir qədər az vaxt ərzində (2013-cü ilin iyulundan - İF-Az) 500 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb ki, bunlardan 170-i Bakıda, 330 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlardır”, - deyə fondun rəhbəri əlavə edib.
S.Müslümov deyib ki, hazırda sığorta olunan şəxslərin sayı 2 mln. 630 min nəfəri ötüb.
2013-cü ildə DSMF-in gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat səviyyəsində təsdiq edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət