Rəsmi Bakı ABŞ Dövlət Departamentinin 9 oktyabrda Azərbaycanda keçirilən prezident seçkiləri ilə əlaqədar bəyanatını dərin təəsüflə qarşılayıb və bu bəyanatın qəbuledilməz olduğunu bəyan edir.
“Bəzi seçki məntəqələrində tək-tük pozuntu hallarına və texniki qüsurlara yol verilməsi haqda Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq strukturlara müraciət edilməsi əvəzinə, bunların ümumiləşdirilmiş formada bütün seçki prosesinə aid edilməsi, prezident seçkilərinin beynəlxalq standartlara cavab verməməsinin iddia edilməsi və siyasi mülahizələrlə seçkilərə kölgə salınması cəhdləri heç bir halda ədalətli hesab edilə bilməz”,- deyə Xarici İşlər Nazirliyinin cümə günü yaydığı bəyanatda bildirilir.
Sənəddə deyilir: “Bu kimi yanaşma ABŞ-ın Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur və eyni zamanda tam şəkildə qərəzli və qəbuledilməz olaraq, seçkilərdə azad iradəsini sərbəst şəkildə ortaya qoymuş Azərbaycan vətəndaşlarına münasibətdə hörmətsizlik kimi qiymətləndirilir”.
XİN-in açıqlamasında deyilir ki, prezident seçkiləri 52000 yerli və 1300 əcnəbi müşahidəçinin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusiyası və seçki haqqında qanunvericiliyi əsasında azad, demokratik, ədalətli və şəffaf mühitdə keçirilib .
“Seçkinin nəticələri və ümumilikdə seçki prosesi Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının müşahidə qrupu, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlar, habelə 100 ölkənin seçki müşahidə missiyası tərəfindən azad, demokratik və ədalətli kimi qiymətləndirilib. Seçki prosesində qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədlərin qeydiyyata alınması, seçki təbliğat-təşviqat kampaniyalarının aparılması və sərbəst toplaşma və özünü ifadə azadlığının təmin edilməsi üçün bütün zəruri tədbirlər tam şəffaf şəkildə həyata keçirilib. Ümumiyyətlə, bu seçkilər beynəlxalq və yerli müşahidəçilərin də qeyd etdiyi kimi, Azərbaycanın demokratik yolla inkişafı prosesində irəliyə doğru daha bir vacib addım olub”,- deyə bəyanatda vurğulanır.
Azərbaycan XİN qeyd edir ki, Avropa Parlamenti, AŞPA və İƏT daxil olmaqla, beynəlxalq müşahidəçilərin mütləq əksəriyyəti və eyni zamanda Azərbaycan, ABŞ və Fransadan olan beş müstəqil təşkilatın keçirdiyi “exit-poll” sorğularının nəticələri hazırkı prezident İlham Əliyevin tam və inamlı qələbəsini təsdiqləyir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət