Milli Məclisin İqtisadi siyasət komitəsinin bazar ertəsi keçirilən iclasında qanunvericiliyə sığortanın inkişafı ilə bağlı düzəlişlər paketi qəbul edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri iclasdan məlumat verir.
Komitə “Sığorta fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların icbari sığortası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara, Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə düzəlişləri qəbul edib.
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov düzəlişləri təqdim edərək bildirib ki, onların əsas məqsədi sığortaçıların maliyyə sabitliyinin möhkəmləndirilməsi, aktuarilərin fəaliyyəti üçün hüquqi çərçivələrin, elektron sığorta polislərinin bağlanması və polislərin internet vasitəsi ilə satılması üçün şəraitin yaradılması, hərbi qulluqçulara sığorta ödənişlərinin həyata keçirilməsini tələb edən halların dəqiqləşdirilməsidir.
Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə düzəlişlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta polisinin olmamasına görə cərimə tətbiq edilməsini nəzərdə tutur. Düzəlişlərə əsasən, sözügedən icbari sığorta polisinin olmamasına görə fiziki şəxslərin 500 manat, vəzifəli şəxslərin 1,5 min manat, hüquqi şəxslərin 5 min manat cərimə edilməsi təklif olunur.
Azərbaycan parlamenti bu sənədlər paketinə oktyabrın sonuna qədər baxmağı planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət