“Paşa Sığorta” şirkəti 2013-cü ilin yanvar-sentyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
Xidmətin məlumatına görə, hesabat dövründə “Paşa Sığorta” 42 mln. 482,236 min manat və ya bütün sığortaçıların 2013-cü ilin 9 ayı ərzində əldə etdiyi sığorta haqlarının 14%-i həcmində sığorta haqqı toplayıb.
2013-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “AzSığorta” (32 mln. 113,871 min manat), “Azərsığorta” (30 mln. 81,053 min manat), “Atəşgah” (26 mln. 110,987 min manat), “Paşa Həyat Sığorta” (24 mln. 298,121 min manat), “Atəşgah Həyat” (19 mln. 350,612 min manat), “İpək Yolu Sığorta” (15 mln. 126,015 min manat), “Standard Insurance" (14 mln. 113,814 min manat), "AXA Mbask" (12 mln. 204,138 min manat) və “Beynəlxalq Sığorta Şirkəti” (11 mln. 25,457 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 22 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2013-cü ilin yanvar-sentyabr aylarında ən çox sığorta ödənişi “Paşa Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 19 mln. 989,521 min manat və ya sığortaçıların bütün ödənişlərinin 22,58%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına "Atəşgah" (10 mln. 857,494 min manat), “Azərsığorta” (9 mln. 568,182 min manat), “AzSığorta” (6 mln. 607,448 min manat), "AXA Mbask" (6 mln. 56,952 min manat), “Standard Insurance” (5 mln. 791,855 min manat), "A-Qroup" (4 mln. 829,434 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (4 mln. 530,145 min manat), “Bakı Sığorta” (3 mln. 24,380 min manat) və “Xalq Sığorta” (2 mln. 377,658 min manat) daxildir.
Xidmətin məlumatına görə, hesabat dövründə 28 sığorta şirkəti ödəniş həyata keçirib. 18 sığorta şirkəti 1 mln. manatdan artıq məbləğdə ödəniş edib.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-sentyabr aylarında sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 303 mln. 383,122 min manat, ödənişləri 88 mln. 534,015 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət