2013-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 4 mlrd. 951 mln. 610,2 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 462 mln. 764,5 min manat məbləğində vergi və rüsum köçürülüb. Beləliklə, 2013-cü ilin 9 ayı ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi və rüsum köçürmələri 11% artıb.
Nazirliyin məlumatına görə, hesabat dövründə gəlir vergisi üzrə daxilolmalar 1 mlrd. 806 mln. 755,9 min manat, ƏDV üzrə 1 mlrd. 250 mln. 691,5 min manat, fiziki şəxslərdən gəlir vergisi üzrə 609 mln. 651,1 min manat təşkil edib.
Bundan başqa, aksizlər üzrə daxilolmalar 383 mln. 299,6 min manat, mədən vergisi üzrə 90 mln. 479,6 min manat, torpaq vergisi üzrə 24 mln. 484,8 min manat, əmlak vergisi üzrə 86 mln. 727 min manat, sadələşdirilmiş vergi üzrə 88 mln. 904,8 min manat, yol vergisi üzrə 18 mln. 99,6 min manat təşkil edib.
Yanvar-sentyabr aylarında nazirliyin xətti ilə büdcəyə “Dövlət rüsumu” maddəsi üzrə köçürmələr 89 mln. 189,2 min manat, “Digər daxilolmalar” maddəsi üzrə 503 mln. 327,1 min manat təşkil edib.
Vergilər Nazirliyinin 2013-cü il üçün dövlət büdcəsinə köçürmələr planı 6,4 mlrd. manat təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət