“Microsoft Azerbaijan” şirkəti ilə “AFB Bank” arasında “Microsoft Open Value” proqramı çərçivəsində əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə “Red Communications” şirkətinin məlumatında qeyd edilir.
Bundan sonra bank kompüterlərinə sazişə daxil edilmiş proqram məhsullarını quraşdıra biləcək. Seçilən lisenziyalaşdırma variantının üstünlüyündən biri bank tərəfindən yeni və yenilənmiş məhsullardan istifadəsidir ki, bu da “AFB Bank”ın informasiya sisteminin təhlükəsizliyini və onun dünya tendensiyalarına uyğun inkişafını təmin edir. Bank məhsullar dəstinin və ya baza məhsullarının ayrı-ayrı lisenziyalaşdırmasını əldə edib və sazişin qüvvədə olması müddəti ərzində seçdiyi məhsulların ən yeni variantını istifadə edəcək.
“Get Genuine Windows Agreement” (GGWA) proqramı çərçivəsində bank tərəfindən əldə edilmiş baza əməliyyat sistemi (ƏS) bu sazişin imzalanması yolunda vacib addımlardan hesab olunur. GGWA – “Microsoft” tərəfindən tövsiyə olunan lisenziyalaşdırılmamış ƏS üçün həlldir və bu həlli əldə etdikdən sonra müştərinin infrastrukturu “OpenValue” korporativ lisenziyalaşdırılmaya keçmək üçün hazır hesab olunur.
“Lisenziyalaşdırılmış ƏS-ə tam keçid bu günün ehtiyacıdır. Belə ki, təhlükəsizliyi təmin olunmamış IT infrastrukturu ilə biznesi qlobal səviyyədə genişləndirmək mümkün deyil. Məhz bu səbədən “Microsoft”la imzaladığımız saziş bizim üçün çox əhəmiyyətlidir və bu, bankı inkişafın yeni mərhələsinə çıxaracaq”, - deyə “AFB Bank”ın İdarə Heyətinin sədri Akif Əsgərov bildirib.
“Azərbaycanda lisenziyalı ƏS-in tətbiqi üzrə aparılan aktiv tədbirlər iri şirkətlər tərəfindən leqal məhsulun istifadəsinin üstünlüklərini dərk edilməsinin göstəricisidir. Bu cür yanaşma inkişafın geniş perspektivlərini açacaq”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov qeyd edib.
“AFB Bank” ASC (əvvəllər “Azfinansbank”) 2008-ci ilin noyabr ayının 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları bir hüquqi (“Gilan” MMC - 99,2%) və iki fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət