Oktyabrın 26-da Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının priması və premyeri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı teatrından məlumat verilib.
Belə ki, Belarusun xalq artisti, Balet artistlərinin Beynəlxalq müsabiqələrinin qızıl medalları və birinci mükafatının sahibi Olqa Qayko və Belarus prezidenti Xüsusi Fondunun qrand mükafatının sahibi İqor Onoşko P.Çaykovskinin “Qu gölü” tamaşasında çıxış edəcəklər.
O.Qayko və İ.Onoşko Avropada ən tələb olunan balet artistlərindən biridirlər. Onların London, Paris, Amsterdam, Münhen, Sürix, Tokio, Berlin və Avropanın bir çox digər şəhərlərinə qastrol səfərləri uğurla keçib.
Teatrdan məlumat verilib ki, “Qu gölü” tamaşası balet sənətinin əsl həvəskarlarından ibarət böyük tamaşaçı auditoriyasını toplayacaq. O.Qayko və İ.Onoşko kimi balet ulduzlarının Bakı şəhərinə gəlməsi və tamaşada iştirakı isə həm teatrın, həm də paytaxtın mədəni həyatında parlaq hadisəyə çevriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət