Vergilər Nazirliyi vergi ödəyicilərini “Vergi partnyorluğu sazişi” bağlamağa çağırır. Bu barədə Vergilər Nazirliyinin saytında məlumat verilir.
Sazişin məqsədləri bunlardır: sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla onun inkişafını stimullaşdırmaq; əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək; müasir idarəetmə alətləri tətbiq etməklə biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək; vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək; ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq; vergi risklərini minimallaşdırmaq.
Sazişin bağlanılması zamanı ilkin olaraq vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən, alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə üstünlük verilir.
Sazişin bağlanması üçün vergi ödəyicisi tərəfindən könüllülük prinsipi əsasında Vergilər Nazirliyinin “Vergi partnyorluğu sazişinin bağlanması üçün Ərizə” forması ilə vergi orqanına müraciət edilir, daxil olmuş müraciətə 15 gün müddətində baxılır.
Xəbər verildiyi kimi, Nazirlər Kabineti 2013-cü ilin iyul ayında “Vergi partnyorluğu sazişi”nin bağlanma forması və qaydalarını təsdiq edib.
2012-ci ilin dekabrında Vergi Məcəlləsinə düzəlişlər təsdiq edilib. Düzəlişlərin bir bəndinə əsasən, vergi orqanları və vergi ödəyiciləri arasında tərəfdaşlığa dair sazişin bağlanması mümkündür.
Vergilər Nazirliyi ilkin mərhələdə vergi idarəsinin elektron audit tətbiq edəcəyi vergi ödəyiciləri ilə saziş bağlayacaq. “Bu cür sazişlərin bağlanması həm vergi ödəyicilərinə, həm də Vergilər Nazirliyinə sərfəli olacaq. Bu, yeni əməkdaşlıq formatı olacaq”,- deyə nazirlikdən bildirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət