Italiya şirkətləri Azərbaycan bazarına çıxış imkanlarını öyrənir. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatında deyilir.
Məlumata görə, İtaliya-Azərbaycan Ticarət İnstitutunun prezidenti Manuela Traldi və ASK rəhbərliyi arasında keçirilən görüşdə iki ölkənin sahibkarları arasında əməkdaşlığın genişlənməsi məsələləri müzakirə edilib.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev İtaliya şirkətlərini fəal əməkdaşlığa çağırıb. Onun sözlərinə görə, ASK İtaliya şirkətlərinin ölkədə fəaliyyət göstərməsi üçün körpü olmağa hazırdır. Bununla yanaşı, o, İtaliya şirkətlərinin məhsullarına Azərbaycanda tələbatın olacağına əmin olduğunu bildirib.
“İtaliya şirkətləri Azərbaycanda tikinti sahəsində fəaliyyət göstərə, yerli şirkətlərə yeni texnoloji avadanlığın tədarükünü təmin edə bilərlər. İtaliya məhsulları Azərbaycan vasitəsilə qonşu ölkələrin bazarlarına çıxış əldə edə bilər.
M.Musayev əlavə edib ki, ASK xarici şirkətlərin Azərbaycanda qeydiyyatdan keçməsinə köməklik göstərəcək “Biznes Konsaltinq” MMC yaratmağı planlaşdırır.
M.Traldi qeyd edib ki, İtaliya şirkətləri Azərbaycanda tikinti, dizayn sahəsində fəaliyyətdə maraqlıdır. Bundan başqa, o hesab edir ki, gələcəkdə Azərbaycan sahibkarlarının məhsulları İtaliya bazarına çıxarıla bilər.
M.Traldi əlavə edib ki, moda və geyim sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndə heyəti 2013-cü il dekabrın 10-14-də İtaliyanın Bari şəhərində səfərdə olacaq.
Görüşün yekunları üzrə Azərbaycan və İtaliya bazarlarına çıxışda maraqlı olan şirkətlərin siyahısının hazırlanmasına dair razılıq əldə olunub”, - deyə məlumatda qeyd edilir.
ASK 1999-cu ilin mart ayında təsis edilib. Hazırda 5 mindən artıq şirkət və sahibkarların 70 müxtəlif birliyi onun üzvüdür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət