2013-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) Azərbaycanda işləyən 16,297 min əcnəbi vətəndaş icbari sosial sığorta üzrə ayırmalar həyata keçirir, bu da cari ilin əvvəlinə olan göstəricidən 15,6% çoxdur. Bu barədə DSMF-in məlumatında deyilir.
2006-cı ildə DSMF respublikada işləyən əcnəbi vətəndaşların icbari sosial sığorta ayırmaları üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb.
Bununla yanaşı, hazırda 95 ölkədən əcnəbi vətəndaşlar DSMF-də uçota alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların icbari sosial sığorta üzrə həyata keçirdiyi ayırmalar bu hesablara yığılır.
Məlumatda vurğulanır ki, DSMF-də qeydiyyatda olan əcnəbilərin böyük hissəsi Türkiyəni (9 468 nəfər), Gürcüstanı (1 762), Rusiyanı (827) təmsil edir.
Bundan başqa, fondda İran (532), Hindistan (399), Çin (396), Böyük Britaniya (240), Özbəkistan (185), Pakistan (151), Almaniya (143), Banqladeş (141), Ukrayna (139), Bosniya və Herseqovina (129), Filipinlər (123), İtaliya (111), Türkmənistan (106), Qazaxıstan (107), ABŞ (70), Malayziya (91) və başqa ölkələrdən qastarbayterlər qeydiyyatdadır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət