Azərbaycan İpoteka Fondu (AİF) oktyabrın 28-də 5 mln. manat məbləğində istiqrazın yerləşdirilməsi üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AİF-dən məlumat verilib.
Bu, fondun yeddinci emissiyadan istiqrazlarının ikinci yerləşdirilməsi olacaq. Hərraca bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 5 min istiqraz çıxarılır.
İstiqrazlar 100,1167% qiyməti ilə yerləşdiriləcəklər.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2013-cü il sentyabrın 30-da AİF-in 20 mln. manat məbləğində təmin edilmiş istiqrazlarının yeddinci emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 20 min istiqraza bölünüb. İstiqrazların tədavül müddəti 10 il, ödənmə tarixi 23 avqust 2023-cü ildir. İstiqrazlar illik 3% dərəcəsi ilə buraxılır.
Xəbər verildiyi kimi, AİF 2009-2013-cü illərdə altı emissiya çərçivəsində ümumilikdə 280 mln. manat məbləğində istiqraz yerləşdirib.
2013-cü ilin oktyabr ayında AİF yeddinci emissiyadan 5 mln. manat məbləğində istiqrazları artıq yerləşdirib.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən 28 agent bank vasitəsilə kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 50 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil.
2012-ci ildə AİF-in vəsaitləri hesabına 74,77 mln. manat, 2013-cü ilin yanvar-sentyabr aylarında 80,21 mln. manat ipoteka krediti verilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət