Azərbaycanda ana ölümü hallarının sayı azalıb. Bu barədə cümə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
“Əgər ötən ilin 10 ayı ərzində ana ölümlərinin sayı 23 təşkil edibsə, bu il bu rəqəm 21-ə düşüb”, - deyə E.Ağayev bildirib.
Onun sözlərinə görə, bu cür mənfi hallar Səhiyyə Nazirliyinin Doğuşa Yardım Komissiyası, həmçinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
“Ana ölümü halları yalnız həkim səhvləri ilə əlaqədar deyil. Lakin həkim səhvləri də diqqətdən kənarda qalmır. Bütün təqsirkarlar cəzalandırılıb, Onlar daha aşağı vəzifəyə keçiriliblər, yaxud vəzifələrindən uzaqlaşdırılıblar”, - deyə E.Ağayev bildirib.
Bundan əlavə, nazir müavini söyləyib ki, Azərbaycanda əhalinin artımını Avropa ölkələrinin göstəriciləri ilə müqayisə etmək olar.
“Respublikada əhalinin artım əmsalı 12-dən yüksəkdir ki, bu da Azərbaycanın bugünkü reallıqlarından xəbər verir”, - deyə o əlavə edib.
E.Ağayev həmçinin bildirib ki, Milli Məclis tərəfindən bu yaxınlarda qəbul edilmiş qeysəriyyə əməliyyatına dair qərar vaxtında qəbul edilmiş qərardır.
“Bununla əlaqədar sanksiyalar müəyyənləşdirilib və belə qanun pozuntusu hallarında həkimlər və tibb müəssisələri cəzalandırılacaq”, - deyə nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, tibb müəssisələri ilə yanaşı, özəl klinikalarda da müxtəlif prosedurların həyata keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. E.Ağayev bu gün ölkədə 500-ə yaxın tibb müəssisəsinin lisenziya aldığını söyləyib.
“Nazirlik tərəfindən həyata keçirilən nəzarətə baxmayaraq, mənfi hallar aşkarlanır, buna görə də ölkə parlamenti tərəfindən qanunvericilik aktlarının qəbul edilməsi yerinə düşür və vəziyyətin yaxşılaşmasına kömək edəcək”, - deyə E.Ağayev qeyd edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət