2014-2017-ci illərdə Azərbaycanda inflyasiya illik 3,5-4% təşkil edəcək. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bazar ertəsi parlament komitələri tərəfindən 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Proqnozlarımıza əsasən, 2014-2017-ci illərdə inflyasiya templəri illik 3,5-4% olacaq”, - deyə S.Həsənova qeyd edib.
Onun sözlərinə görə, makroiqtisadi sabitliyin təminatı Azərbaycan hökumətinin əsas vəzifəsidir və ortamüddətli dövr üçün makroiqtisadi proqnozlar bu vəzifələrin icrasını təmin edəcək.
S.Həsənova əlavə edib ki, Azərbaycan hökuməti neftin qiymətlərinin proqnozlaşdırılmasına konservativ yanaşır. Xüsusilə Azərbaycanın 2014-cü il büdcə layihəsində bir barel neftin qiyməti $100, 2015-2017-ci illərdə illik $80 məbləğində nəzərdə tutulur.
Nazir müavini vurğulayıb ki, düzgün iqtisadi siyasət valyuta ehtiyatlarını əhəmiyyətli dərəcədə artırmağa imkan verib. “Hazırda Azərbaycanın valyuta ehtiyatları 5 illik idxalı əvəz etməyə imkan yaradır. Həm də valyuta ehtiyatlarının həcmi ÜDM-in 7-8%-nə bərabər olan xarici borcdan bir neçə dəfə çoxdur”, - deyə o əlavə edib.
Hökumət 2013-cü ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 3,3% səviyyəsində proqnozlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət