Maliyyə Nazirliyi noyabrın 5-də Bakı Fond Birjasında (BFB) ümumi məbləği 7 mln. manat olan iki seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərraclar keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə birjadan məlumat verilib.
Nominal dəyəri 100 manat olan AZ0102054399 seriyalı 4 mln. manatlıq 40 min istiqrazın tədavül müddəti 91 gün, kağızların ödəniş tarixi 4 fevral 2014-cü ildir.
DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli sifarişlər hərraca buraxılır. Əgər hərrac iştirakçıları tərəfindən istiqraz alınması üçün təqdim edilən sifarişlərin ümumi həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların 50%-dən az olarsa, emitent sifarişləri qəbul etməmək hüququna malikdir.
Nominal dəyəri 100 manat olan AZ0101053392 seriyalı 3 mln. manatlıq 3 min istiqrazın tədavül müddəti 35 gün, kağızların ödəniş tarixi 10 dekabr 2013-cü ildir.
DQİ-nin emissiya həcminin 20%-dən çox olmayan qeyri-rəqabətli sifarişlər hərraca buraxılır. Əgər hərrac iştirakçıları tərəfindən istiqraz alınması üçün təqdim edilən sifarişlərin ümumi həcmi emitent tərəfindən hərraca çıxarılmış istiqrazların 80%-dən az olarsa, emitent sifarişləri qəbul etməmək hüququna malikdir.
DQİ-nin yerləşdirilməsi üzrə hərraclar Maliyyə Nazirliyi və BFB arasında 2002-ci il avqustun 29-da bağlanmış saziş əsasında keçirilir.
2013-cü ildə Maliyyə Nazirliyi 200 mln. manat məbləğində DQİ-nin emissiyasını planlaşdırır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət