Bazar ertəsi Realmadrid Fondu Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimini həyata keçirib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “2005-2015 illərdə Futbolun inkişafına dair “Dövlət Proqramının qəbul olunması futbolun inkişafına böyük təkandır: “Dünya şöhrətli Realmadrid Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində, həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılması futbolun Azərbaycanda kütləviləşməsinə böyük təkan olacaq”.
Mərasimdə Real Madrid Klubunun katibi və Fondun vitse-prezidenti Enrique Sanches, Realmadrid Fondunun beynəlxalq proqramlar üzrə rəhbəri Rosa Ronkal, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak ediblər.
Hazırda Realmadrid Fondu dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açıb. “Vətən” sosial futbol məktəbi Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərəcək.
Realmadrid Fondu ve GİN-in birgə layihəsi olan “Vətən” sosial futbol məktəbi post-Sovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdir. 29 aprel 2013-cü il tarixində İspaniya Krallığının Madrid şəhərində yerləşən “Santiaqo Bernabeo” stadionunda Azərbaycan GİN və Realmadrid Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinib. Əməkdaşlıq müqaviləsi 2013-2017-ci illəri əhatə edir.
2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət