2014-cü ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 2013-cü ilin göstəricisi ilə müqayisədə 17,7% - 9 mlrd. 337 mln. manata qədər azalacaq. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə günü parlamentin 6 komitəsi tərəfindən 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bəyan edib.
S.Şərifov vurğulayıb ki, Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bununla belə gələn il dövlət büdcəsinin xərcləri 2013-cü illə müqayisədə 1,1% artacaq.
Nazir vurğulayıb ki, 2014-cü ildə dövlət büdcəsinin xərcləri strukturunda cari xərclər 10 mlrd. 888 mln. manat, əsaslı xərclər 8 mlrd. 401 mln. manat, daxili və xarici borcun ödənilməsi xərcləri 781 mln. manat təşkil edəcək.
S.Şərifov əlavə edib ki, 2013-cü illə müqayisədə gələn il sosial müdafiə və sosial təminat sahəsinə ayrılan xərclər 14%, aqrar sahəyə 13,9%, elm sahəsinə 12,5%, səhiyyə sahəsinə 8,4%, təhsil sahəsinə 8%, müdafiə sahəsinə 7%, MKT-yə 14% artacaq.
Nazir qeyd edib ki, 2013-cü il sentyabrın 1-dən dövlət büdcəsindən maliyyələşdirilən müxtəlif sahələrdə çalışan işçilərin əmək haqları orta hesabla 10% artıb. Bu artımın təmin edilməsi məqsədilə 2014-cü il dövlət büdcəsində 600 mln. manatdan artıq vəsaitin ayrılması nəzərədə tutulur. “Bu artım dövlət büdcəsindən maliyyələşdirilən təxminən 3 mln. nəfəri əhatə edəcək”, - deyə S.Şərifov əlavə edib.
Nazir qeyd edib ki, gələn il dövlət kapital qoyuluşları 6 mlrd. 260 mln. manat səviyyəsində proqnozlaşdırılır.
2014-cü il dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət