Kanadanın Vaterloo Universiteti Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində yaradılan İnformasiya Texnologiyaları Universitetinin formalaşmasına yaxından dəstək verməyə hazırdır. Bu barədə Vaterloo Universitetinin (VU) prezidenti Feridun Hamdullahpur bəyan edib.
RİTN-in məlumatında qeyd olunur ki, F.Hamdullahpur Bakıya səfəri zamanı rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.
F.Hamdullahpur bu məqsədlə müəyyən kurrikulumları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qeyd-şərtsiz təqdim etməyə, eyni zamanda təhsil müəssisələri arasında sıx münasibətlərin qurulması istiqamətində müəllim və tələbə mübadiləsi həyata keçirməyə hazır olduqlarını bildirib.
Qonaq məlumat verib ki, rəhbərlik etdiyi ali məktəbdə 30-a yaxın azərbaycanlı tələbə təhsil alır və onlar Azərbaycanın iqtisadi inkişafına töhfə verə bilərlər.
Ə.Abbasov F.Hamdullahpurun təkliflərini yüksək qiymətləndirib və onların müzakirə olunacağına söz verib. Nazir müzakirələr əsasında birgə fəaliyyət planının hazırlanacağını bildirib.
Bundan əlavə, nazir qonağa İKT sahəsində görülən işlər, bu sahədə aparılan islahatlar və perspektivlər, həmçinin 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi barədə məlumat verib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət