Noyabrın 15-16-da Azərbaycanda MDB ölkələrinin VI Bakı Beynəlxalq Bank Konfransı keçiriləcək. Bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) məlumatında bildirilir.
Tədbirin təşkilatçısı MDB Maliyyə-Bank Şurasıdır (MBŞ). Konfransın keçirilməsinə ABB və MDB İcraiyyə Komitəsi dəstək göstərir.
Konfrans “MDB-nin maliyyə bazarları – Birlik məkanında iqtisadi inteqrasiyanın əsasları” mövzusuna həsr olunub.
Konfransın proqramında dünya maliyyə sisteminin qloballaşması şəraitində MDB-yə üzv dövlətlərin bank sistemlərinin fəaliyyəti, pərakəndə bank xidmətləri bazarının inkişaf xüsusiyyətləri, MDB məkanında regional, o cümlədən Xəzəryanı iqtisadi proqramların perspektivləri və digər aktual mövzuların müzakirəsi nəzərdə tutulur.
Plenar iclaslarda aşağıdakı problemlərin müzakirəsi planlaşdırılır: MDB ölkələrinin iqtisadi artımının ləngiməsi şəraitində maliyyə institutlarının inkişaf ehtiyatları; Birlik ölkələrinin maliyyə sektorunun investisiya cəlbediciliyinin artması amilləri; maliyyə institutlarının effektivliyinin artmasında insan kapitalının rolu və s.
Konfransda Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Ukrayna Milli Bankının sədri İqor Sorkin, “Bank VTB”nin prezidenti, MDB Maliyyə-Bank Şurasının rəhbəri Andrey Kostin, ABB İdarə Heyətinin sədri, MDB Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti Cahangir Hacıyev, Mərkəzi və Şərqi Avropa ölkələrinin Bank Assosiasiyasının baş katibi İştvan Lendyel, Rusiya Regional Banklar Assosiasiyasının prezidenti, RF Federal Məclisi Dövlət Dumasının deputatı Anatoli Aksakov və başqaları iştirak edəcəklər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət