Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Karona LTD” MMC-yə məxsus balıq emalı müəssisəsində dövlət nəzarəti aparılıb. Bu barədə Dövlət Xidmətinin məlumatında deyilir.
Araşdırma zamanı müəyyən olunub ki, soyuq hisə verilmiş “Seven fish” nişanlı balıq məmulatları ГОСТ 11482-96 standartının tələblərinə zidd olaraq texnoloji təlimat olmadan emal olunur, soyuq hisə verilmiş siyənək və farel balıqlarının gigiyenik və uyğunluq sertifikatları yoxdur, istehsalda istifadə olunan duzun saxlanma şəraitinə riayət olunmur, müəssisədə sanitariya normaları pozulur, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçirilməmiş istifadə olunur. Həmçinin emal olunan məhsulların etiketdə saxlanma müddəti normativ sənədə uyğun göstərilməyib. Belə ki, məhsulun yararlılıq müddəti normativ sənəd üzrə maksimum 2 ay olduğu halda bütün məhsulların üzərində 3 ay qeyd olunur.
Aşkar olunmuş nöqsanlarla əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib, “Karona LTD” MMC-də soyuq hisə verilmiş siyənək və farel balıqlarının istehsalı və satışı qadağan edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət