Azərbaycanın 2014-cü il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin artması vergi-gömrük inzibatçılığının gücləndirilməsi hesabına təmin ediləcək. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlamentdə gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş iclasda məlumat verib.
S.Şərifov vurğulayıb ki, Azərbayanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bununla yanaşı, 2014-cü ildə dövlət büdcəsinin xərcləri 2013-cü illə müqayisədə 1,1% artacaq, xərclər isə 4% azalacaq.
Nazir qeyd edib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirlərinin azalması Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin həcminin azalması ilə əlaqədardır. “2014-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfertlər 2 mlrd. 13 mln. manat - 9 mlrd. 337 mln. manata qədər azalacaq”, - deyə o bildirib.
Bununla yanaşı, nazir əlavə edib ki, gələn il qeyri-neft gəlirlərinin artımı vergi-büdcə inzibatçılığının gücləndirilməsi, mövcud fiskal ehtiyatların səmərəli istifadəsi hesabına təmin olunacaq.
S.Şərifov vurğulayıb ki, 2014-cü ildə dövlət büdcəsinin qeyri-neft gəlirləri 9 mlrd. 47 mln. manat təşkil edəcək və 2013-cü ilin göstəricisi ilə müqayisədə 1,2 mlrd. manatdan çox artacaq.
Nazirin sözlərinə görə, 2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 11% - 7 mlrd. 102 mln. manatadək, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1 mlrd. 510 mln. manat artacaq.
S.Şərifov deyib ki, dövlət büdcəsinin xərclərinin strukturunda cari xərclər 10 mlrd. 888 mln. manat, əsaslı xərclər 8 mlrd. 401 mln. manat, daxili və xarici borcun ödənilməsi üçün çəkilən xərclər 781 mln. manat təşkil edəcək.
Maliyyə naziri əlavə edib ki, gələn il üçün dövlət kapital qoyuluşları 6 mlrd. 260 mln. manat səviyyəsində proqnozlaşdırılır. Bu vəsaitlər nəqliyyat və enerji infrastrukturunun tikintisi və müasirləşdirilməsinə, sosial infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək.
2014-cü il dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır. Dövlət büdcəsinin kəsiri özəlləşdirmədən daxil olan gəlirlər, Maliyyə Nazirliyinin xəzinəsindəki qalıq vəsaitlərin istifadəsi, daxili və xarici borclar hesabına ödəniləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət