“Azərsu” ASC Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Zirə qəsəbəsinədək hissəsinin inşasına başlayıb. Bu barədə ASC-nin məlumatında deyilir.
Qala-Zirə su xətti Ceyranbatan-Balaxanı-Ramana-Qala xəttinə qoşulmaqla hazırda inşa edilən 10 min kubmetr tutumlu Zirə su anbarını su ilə təmin edəcək. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Zirə qəsəbəsindən Pirallahı qəsəbəsinədək olan hissəsi tikiləcək. Magistral xətt və su anbarı tam istismara verildikdən sonra Zirə, Pirallahı, Gürgan və Türkan qəsəbələrinin, həmçinin Dübəndi yaşayış məntəqəsinin 45 minə qədər sakini dayanıqlı içməli su ilə təmin ediləcək. Hazırda bu yaşayış məntəqələrində mərkəzləşmiş içməli su təchizatı sistemi olmadığından əhali quyu sularından istifadə edir və ya suyu maşınlarla alır.
Qeyd edək ki, 2012-2013-cü illərdə tikilərək istismara verilmiş Ceyranbatan-Balaxanı-Ramana-Qala su kəməri ilə cari ilin iyul ayından yaşayış məntəqələrinə içməli suyun verilməsinə başlanıb. Ötən müddətdə magistral kəmərdən Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivinə, Sabunçu rayonunun Sabunçu, Balaxanı, Ramana və Zabrat qəsəbələrinə, Xəzər rayonunun Buzovna, Mərdəkan, Şağan və Qala qəsəbələrinə içməli suyun verilməsi təmin edilib. Magistral xəttin istismara verilməsi nəticəsində Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş qaydada su almayan 23 min nəfərə ilk dəfə mərkəzləşmiş qaydada su verilib. Ümumilikdə Ceyranbatan-Qala su xəttinin istifadəyə verilməsi nəticəsində 130 minə qədər sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Onlardan 90 min nəfərin su təchizatı 24 saat fasiləsiz rejimə keçib, 40 min nəfərə yaxın sakinə suyun verilmə intervalı artırılıb.
"Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su xətti tam istismara verildikdən və qəsəbələrdə paylayıcı şəbəkələr yenidən qurulduqdan sonra Abşeron yarımadasında 1 milyona yaxın sakinin içməli su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - deyə məlumatda vurğulanır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət