2013-cü ilin yanvar-oktyabr aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə profisiti 89 mln. manat və ya hesabat dövrü ərzində fondun gəlirlərinə nisbətən 4 % təşkil edib.
"10 ay ərzində DSMF-in gəlirləri 2 mlrd. 208 mln. manat, xərcləri 2 mlrd. 119 mln. manat təşkil edib", - deyə fondun sədrinin birinci müavini Elman Mehdiyev cümə axşamı parlamentdə 2014-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-oktyabr aylarında fondun gəlirlərinin strukturunda məcburi sosial sığorta ayırmaları üzrə daxilolmalar 1 mlrd. 253 mln. manat (artım 12%) təşkil edib. Daxilolmaların 57%-i özəl sektorun (artım 15,6%) payına düşüb, proqnoz 115% yerinə yetirilib.
10 ay ərzində dövlət büdcəsindən DSMF büdcəsinə transfertlər 952 mln. manat təşkil edib və proqnoza uyğun olub, qalan məbləğ digər gəlirlərin payına düşür.
E.Mehdiyev qeyd edib ki, hesabat dövründə fondun xərclərinin strukturunda 98% pensiyaların və müavinətlərin ödənilməsinə yönəldilib.
2013-cü ildə DSMF-in gəlir və xərcləri 2 mlrd. 632,695 mln. manat səviyyəsində təsdiq edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət