Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Xok kəndində avtomobil yolunun, məktəb binasının, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan MR sədri Vasif Talıbov bu obyektlərin açılış mərasimində bəyan edib ki, məktəb işinin təkmilləşdirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin gələcəyinə xidmət edir. Müəllimlər bilməlidirlər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Şagirdlər isə unutmamalıdırlar ki, onlar bu gələcəyin əsas təminatçısıdırlar. Ona görə də hər bir ümumtəhsil məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı ön planda olmalıdır. Muxtar respublikada bu işlərin görülməsi üçün lazımi şərait yaradılıb, müasir məktəb binaları tikilib, təhsil ocaqları lazımi tədris avadanlıqları ilə təmin olunub. Xok kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurularaq kollektivin istifadəsinə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Dördmərtəbəli məktəb binası 1080 şagird yerlikdir. Binada 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 4 kompyuter, 2 müəllimlər otağı, kitabxana, idman zalı və bufet var.
İki mərtəbədən ibarət olan kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, kənd mədəniyyət evi və 83 yerlik zal yerləşir. Eləcə də burada 820 nömrəlik elektron Avtomat Telefon Stansiyası quraşdırılıb.
Xəstəxana tipli həkim ambulatoriyasının ikimərtəbəli binasında 11 otaq, o cümlədən stomatoloq üçün kabinet, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları yerləşir. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunub.
Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunub.
Ümumi uzunluğu 7,6 kilometr olan kənd yolu iki hərəkət zolağından ibarətdir. Yenidənqurma işləri zamanı yolda 80 su keçidi tikilib, beton kanal çəkilib, yola yeni asfalt örtük döşənmiş hərəkət zolaqları rənglənib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət