Naxçıvan Muxtar Respublikasında (MR) Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü partiyanın Şahbuz Rayon Təşkilatının yeni inzibati binasının istifadəyə verilməsi ilə qeyd olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Vasif Talıbov tədbirdə çıxış edərək bildirib ki, ölkəmizdə Yeni Azərbaycan Partiyasına sabitliyin və inkişafın təminatçısı, müstəqilliyimizin qarantı olan siyasi qüvvə kimi baxılır.
“Çünki partiya ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış, dahi şəxsiyyətin rəhbərliyi ilə təşkilatlanma yolu keçib. Müxalifət partiyası kimi fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası hakimiyyət uğrunda deyil, Azərbaycanı məhvə sürükləyən, müstəqilliyimizi təhlükə altına salan uğursuz siyasətə qarşı mübarizə aparıb. Ulu öndərimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Yeni Azərbaycan Partiyası müxalifət partiyasından iqtidar partiyasına çevrilib”, - deyə V.Talıbov qeyd edib.
“Ötən dövrlər ərzində Yeni Azərbaycan Partiyasının sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına xeyli genişlənib. Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi sahəsində görülən işlər xalqımızın Yeni Azərbaycan Partiyasına olan inamını daha da artırıb. Belə ki, partiyanın birinci qurultayının keçirildiyi dövrə – 20 dekabr 1999-cu ilə qədər Naxçıvan Muxtar Respublikası üzrə Yeni Azərbaycan Partiyası üzvlərinin sayı 20 min 748 nəfər idisə, hazırda partiyanın muxtar respublika üzrə üzvlərinin sayı 50 min 119 nəfərdir. Üzvlərin 21 min 696-sı gənclər, 29 min 235-i isə ziyalılardır. Ümumiyyətlə ölkəmizdə, eləcə də muxtar respublikamızda Yeni Azərbaycan Partiyası üzvlərinin əksəriyyətini gənclər və ziyalıların təşkil etməsi Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası edib”, - deyə o vurğulayıb.
“Bu gün bütün sahələrdə olduğu kimi, partiya işində də ümummilli liderimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi partiyadan ümumxalq partiyasına çevrilib”, - deyə Naxçıvan MR sədri bildirib.
O, Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və partiya üzvlərini təbrik edib.
Həmin gün V.Talıbov Şahbuz şəhərində gedən tikinti quruculuq işləri ilə tanış olub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət