“NİKoyl” İKB yeni beşillik inkişaf strategiyası hazırlayır. Bu barədə bankın İdarə Heyətinin sədri Vasili Xamaza məlumat verib.
“Strategiya işlənmə mərhələsindədir. Lakin qeyd edim ki, bankın yüksək texnologiyalı banka çevrilməsi üçün çalışacağıq”, - deyə V.Xamaza bazar ertəsi bankın yeni baş ofisinin açılışına həsr olunmuş brifinqdə bildirib.
O, həmçinin qeyd edib ki, bank riteyl əməliyyatlara böyük diqqət ayıracaq. “Bizim səylərimiz, əsasən, pərakəndə sektora yönəldiləcək”, - deyə o vurğulayıb.
“Həmçinin taksit proqramlarının tətbiqi istiqamətində də xüsusi səy göstəriləcək”, - deyə V.Xamaza qeyd edib.
Onun proqnozlarına görə, 2013-cü ilin yekunları üzrə bankın kredit portfeli $225-230 mln., xalis mənfəəti $2-2,5 mln. təşkil edəcək. “Biz gələn il xalis mənfəəti ən azı iki dəfə artırmaq niyyətindəyik”, - deyə o əlavə edib.
Bankın rəhbəri qeyd edib ki, cari ilin sonuna qədər “NİKoyl” köhnə baş ofisin yerində bir filial açmağı planlaşdırır. “Cari ildə 4 filial açmışıq. Biz gələcəkdə Azərbaycanın regionlarında filial şəbəkəsini genişləndirməyi qarşıya məqsəd qoymuşuq”, - deyə V.Xamaza söyləyib.
“NİKoyl” bankın səhmdarları “Topaz Investment”, “NİKoyl” SC, “Uralsib-İnvest” MMC və “ISR Holding”dir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət