Azərbaycanda orta sahibkarlığın gücləndirilməsinə ehtiyac var. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsininn sədri Ziyad Səmədzadə bəyan edib.
“Orta sahibkarlıq hər bir ölkənin strateji ehtiyatıdır. Azərbaycanda bu sektorda problemlər var, buna görə də onun gücləndirilməsinə ehtiyac var”, - deyə Z.Səmədzadə çərşənbə günü Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüş zamanı bildirib.
Komitə sədri ölkədə emal sənayesinin aşağı səviyyədə olduğunu təəssüflə qeyd edib.
“Emal sənayesi sektorunda böyük potensial var, lakin bizim iş adamlarımız bu potensialdan istifadə etmirlər. Ümid edirəm ki, İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması bu sahənin inkişaf etməsinə kömək edəcək”, - deyə Z.Səmədzadə vurğulayıb.
Komitə sədri iqtisadiyyatın böyük potensiala malik sektorları arasında aqrar sektoru da qeyd edib.
Z.Səmədzadə, həmçinin deyib ki, Azərbaycanın iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün minimum bir-iki maşınqayırma zavodunun yaradılması lazımdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət