Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətinin onlayn rejimdə bir gün ərzində həyata keçirilməsinə başlayıb. Bu barədə nazirliyin saytında dərc edilmiş məlumatda deyilir.
Bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən abunə yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər.
Məlumatda qeyd edilir ki, bu servis Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir və istənilən abunə onlayn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət etsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edə bilər. Yeni xidmətin daha bir üstünlüyü onun on dəfə ucuzlaşmasıdır. Belə ki, əvvəllər abunə yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyərək müraciət edirdisə, hazırda telefon nömrəsi bir ATS-in ərazisindən digər ATS-in ərazisinə daşındığı halda abunə buna görə cəmi 3 manat ödəyir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət