“Azərbaycan Beynəlxalq Bankı” ASC 2014-cü ilin aprel ayında 200 mln. 1,5 manatlıq səhmin əlavə emissiyası hesabına nizamnamə kapitalını 54,3% - 568 mln. 333,337 min manata qədər artırılmasını başa çatdırmağı planlaşdırır. Bu barədə bankın elanında bildirilir.
ABB-nin əlavə emissiyadan olan səhmlərinin satışına 2013-cü il dekabrın 12-də başlanacaq və 2014-cü il aprelin 12-də başa çatacaq.
Əlavə emissiya bir qiymətli kağızın nominal dəyəri 0,26 manat olan 769 mln. 230,775 min ədəd səhmə bölünüb.
Xəbər verildiyi kimi, 2013-cü ilin oktyabr ayında ABB səhmdarları dörd il ərzində bankın nizamnamə kapitalının mərhələli şəkildə 500 mln. manat artırılması barədə qərar qəbul ediblər. İlk artım 200 mln. manat, sonrakı illərdə isə hər il 100 mln. manat olacaq.
Hazırda ABB-nin nizamnamə kapitalı 368 mln. 333 min 335,5 manata bərabərdir.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət