Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezidentə məlumat verilib ki, Xalça Muzeyinin əsas təyinatına ekspozisiya sərgilərinin təşkili, maarifləndirici proqramların işlənib hazırlanması, qeyri-maddi mədəni irsin qorunması, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müştərək layihələrin hazırlanması, həyata keçirilməsi və s. daxildir.
Dövlət başçısı binada yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, hazırda Muzeydə 15 mindən artıq nadir eksponatdan ibarət kolleksiya mühafizə olunur. Muzeyin qızıl fondunu xovlu xalçalar təşkil edir. Onlar bütün kompozisiyalar ilə 7 əsas Azərbaycan xalçaçılıq məktəbini təmsil edir.
Bundan başqa, muzeyin ekspozisiyasına xovsuz xalçalar, zərgərlik və metal məmulatları, bədii tikmələr, parçalar, milli geyimlər və s. aiddir.
Muzeyin sərgi konsepsiyası adi sərgilərdən fərqlənir.
Əsas eksponatlar – xalçalar qövsşəkilli divarlardan asılır, onların da əksi bütün yuxarı mərtəbələrdən görünür. Bunun sayəsində sərginin böyük hissəsini müxtəlif rakurslardan izləmək mümkündür.
Beşmərtəbəli binada iş otaqları, avtomatlaşdırılmış fond saxlancı, bərpa emalatxanaları, suvenir mağazası, ziyarətçilərlə iş şöbəsi, sərgi sahəsi, 120 nəfərlik kafe, təqdimatlar və mühazirələr üçün zallar, interaktiv məlumat sistemi, video və audiotəqdimatlar üçün auditorium və s. var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət