Azərbaycanın mobil rabitə operatoru “Azerfon” MMC 2014-cü ilin I rübündə “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinə ümid edir. Bu barədə jurnalistlərə şirkətin baş direktoru Kent MakNili məlumat verib.
“Biz bu xidmətin tətbiqi üzrə texniki hazırlıq prosesini tam başa çatdırmışıq. Ümid edirəm ki, 2014-cü ilin I rübündə onun tətbiqinə başlayacağıq”, - deyə o bildirib.
Xəbər verildiyi kimi, “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqinin təşəbbüskarı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Bu xidmətin tətbiq olunma vaxtı dəfələrlə dəyişdirilib.
“Mobil Nömrələrin Daşınması Sistemi” layihəsinin mahiyyəti mobil rabitə abonentinin bir operatordan asılılığının aradan qaldırılmasından ibarətdir. Xüsusilə abonentlər kod və nömrələrini dəyişmədən öz GSM operatorlarını başqası ilə əvəz edə biləcəklər. Bunun üçün abonentlər yalnız operatoru dəyişmək barədə ərizə yazmalıdırlar.
Hazırda Azərbaycanda 3 mobil rabitə operatoru fəaliyyət göstərir – “Azercell”, “Bakcell” və “Azerfon”.
“Azerfon” MMC 2007-ci il martın 21-dən kommersiya fəaliyyətinə başlayıb və “Nar Mobile” ticarət markası altında mobil rabitə xidmətləri göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət