Azərbaycanda 1 yanvar 2014-cü il tarixindən etibarən stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 25% - 2,5 manata qədər artır. Bu barədə Tarif Şurasının məlumatında qeyd edilir.
Tarif Şurası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə yenidən baxıb.
Qəbul edilmiş qərara əsasən, 1 yanvar 2014-cü ildən etibarən stasionar telefonlar üçün aylıq abunə haqqı əhali qrupu üzrə 2,5 manat (hazırda 2 manat), büdcə təşkilatları üçün 7 manat (hazırda 3 manat), digər abunəçilər üçün 7 manat (dəyişməyib) təşkil edəcək.
Bundan başqa, 1 yanvar 2014-cü ildən rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 30 manat (hazırda 40-120 manat), beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün bütün zonalar üzrə 0,32 manat (hazırda zonalardan asılı olaraq 0,36 manat, 0,45 manat və 0,54 manat), şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 0,05 manat (hazırda 0,07 manat) təşkil edəcək.
Bununla yanaşı, gələn ildən faks aparatından aylıq istifadə tarifi 0,5 manat (hazırda 0,8 manat), “107” sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün 0,05 manat (dəyişməyəcək), şəhər və rayon mərkəzləri üçün 0,1 manat (hazırda 0,2 manat) təşkil edəcək.
Şuranın qərarı ilə telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət