“MilliKart”da xidmət olunan “Expressbank” SecureCode texnologiyasına keçib və artıq müştərilərinin istifadəsinə təqdim edilib. Bu barədə mərkəzin məlumatında bildirilir.
""MilliKart"ın tətbiq etdiyi SecureCode texnologiyası vasitəsilə “Expressbank” öz müştərilərini dələduzluq hallarından mühafizə və İnternet vasitəsilə keçirilən ödənişlərin təhlükəsizliyini təmin edəcək. Bu müasir texnologiyanın iş prinsipi müştərinin autentifikasiyasının yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” parolu vasitəsilə ilə online ödənişlərin daha təhlükəsiz şəkildə həyata keçirilməsidir. Bu parolu yalnız müştəri və bank bilir. Online mağazalar kimi üçüncü tərəflərin bu parolun bilməsi və görməsi tamamilə istisna olunur. Beləliklə, hər tranzaksiya tamamilə təhlükəsiz mühitdə uğurla başa çatır”, - deyə bankın məlumatında bildirilir.
"MilliKart" MMC 2006-cı ilin iyul ayında Azərbaycanda fəaliyyət göstərən 18 bank tərəfindən təsis edilib. 2010-cu ildə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 10% payla mərkəzin səhmdarı olub. Hazırda mərkəzin nizamnamə kapitalı 5,5 mln. manata bərabərdir.
"MilliKart" yerli banklar tərəfindən buraxılmış kredit və debit kartlarla klirinq və digər əməliyyatlar həyata keçirir. Şirkət əsas diqqəti nağd və nağdsız əməliyyatların səmərəliliyini və keyfiyyətini yaxşılaşdırmaq üçün münasib qiymətə geniş diapazonlu keyfiyyətli xidmətin təmin edilməsinə yönəldib.
“Expressbank” 1989-cu ildə yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət