Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu SOCAR şirkəti ilə birgə Qaradağda yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi (OGPC) üçün minə qədər milli standart hazırlayacaq. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatında deyilir.
Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Dövlət Neft Şirkəti arasında müqavilə imzalanıb. Müqavilə Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə etməkdədir”, - deyə məlumatda qeyd edilir.
Müqavilə predmeti olan layihə çərçivəsində institut mütəxəssisləri tərəfindən OGPC-nin inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin kompleksin gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.
Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə layihənin müddəti 8 ilə yaxındır.
Daha əvvəl SOCAR-ın vitse-prezidenti David Məmmədova istinadən məlumat verilib ki, şirkət 2026-cı ilə qədər Qaradağda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksini tam istifadəyə verməyi planlaşdırır. Kompleksin istismara verilməsi prosesi 2019-cu ildə qaz emalı zavodunun işə salınması ilə başlayacaq. Ümumilikdə kompleksə qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və enerji mərkəzi daxil olacaq.
OGPC-nin tikinti layihəsinin texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən edilmiş dəyəri tikinti dövründə götürülmüş kreditlər üzrə faizlər də daxil olmaqla $17,1 mlrd. təşkil edir. Layihənin dəyərinin təxminən 30%-nin nizamnamə kapitalı ($5 mlrd.-a yaxın), 70%-nin borc kapital hesabına ($12 mlrd.-a yaxın) maliyyələşdirilməsi planlaşdırılır. Kompleksin gəlirliliyi 13%, investisiya xərclərinin çıxarılma müddəti 7-8 il təşkil edəcək
Kompleksdə 27-dən çox xüsusi lisenziyanın tətbiqi ilə texnoloji proseslərin istifadə edilməsi gözlənilir. Ümumilikdə kompleksdə 40-dan artıq müasir qurğu istismara veriləcək. Neft emalının dərinliyi 95%-ə qədər, açıq rəngli neft məhsullarının hasilatı 85%-ə qədər artırılacaq.
İldə 10 mln. ton neft emal etmək gücünə malik NEZ-in tikintisi və istismara verilməsi ölkənin növbəti 20 il ərzində strateji neft məhsullarına olan tələbatını ödəyəcək.
Kompleksdə, həmçinin ildə 1,7 mln. tona yaxın ixracyönümlü neft məhsullarının istehsalı planlaşdırılır.
Azərbaycan əhalisinin və istehsal obyektlərinin təmizlənmiş təbii qaza olan tələbatı ildə 10-12 mlrd. kubmetr qaz emal etmək gücünə malik zavodun hesabına tam təmin ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət