“BP” şirkəti Toni Hantı Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionu üçün dəniz əməliyyatları üzrə vitse-prezident vəzifəsinə təyin edib. Bu barədə şirkətin məlumatında bildirilir.
T.Hant vəzifəsinin icrasına dekabrın 15-dən başlayacaq. O, bütün regionda (Azərbaycan, Gürcüstan, Türkiyə) dəniz əməliyyatlarının təhlükəsiz, tələblərə uyğun və etibarlı şəkildə həyata keçirilməsinə cavabdeh olacaq.
Bu təyinat 4 il dəniz əməliyyatları üzrə vitse-prezident işləmiş Mark Tomasın “BP”nin Hyustonda yerləşən texniki funksional bölmələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmasından sonra verilib. M.Tomas da öz vəzifəsinin icrasına dekabrın 15-də başlayacaq.
T.Hant Lester universitetində riyaziyyat üzrə bakalavr dərəcəsi və Robert Qordon universitetində dəniz qurğuları mühəndisliyi üzrə magistr dərəcəsi alıb. “BP” şirkətindəki 29 illik karyerası ərzində o, əməliyyatlar üzrə çoxsaylı vəzifələrdə, o cümlədən Böyük Britaniyada və Anqolada dənizdə və quruda əməliyyatlar üzrə rəhbər vəzifələrdə çalışıb. T.Hant yeni təyinata qədər Luandada sualtı əməliyyatlar üzrə menecer vəzifəsində çalışıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət