2013-cü ilin noyabr ayında Bakıda təkrar avtomobil bazarında orta qiymət oktyabr ayı ilə müqayisədə 1,6% artıb və 16,250 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə avtomobil bazarının monitorinqini keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinq təkrar bazarda 14 min avtomobili əhatə edib ki, onların da 20,4%-i bazara noyabr ayında daxil olub.
Cari ilin noyabr ayında “Mercedes-Benz” markalı avtomobillər ümumi təklif portfelində 35% payla təkrar bazarda liderliyi qoruyub saxlayıb.
Birliyin məlumatına görə, son aylarda aparılan monitorinqlərin nəticələri alıcıların Rusiya istehsalı olan avtomobillərə marağının azaldığını göstərib. Avtomobil bazarının ümumi təklif portfelində Rusiya istehsalı olan avtomobillərin payı 6% təşkil edir, bu isə 2012-ci ilin analoji dövrünün göstəricisindən 3,4 faiz bəndi azdır.
Bununla yanaşı, oktyabr ayı ilə müqayisədə noyabr ayında Rusiya istehsalı olan avtomobillərin qiymətlərində 0,2% artım qeydə alınıb. Lakin birliyin ekspertləri hesab edirlər ki, bu artım müvəqqətidir və qarşıdakı aylarda azalma ilə əvəz olunacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət