Avropa Birliyi Qarabağ münaqişəsində status-kvonu qəbuledilməz hesab edir və vurğulayır ki, bu problemin sülh yolu ilə nizamlanması əsas prioritet olaraq qalır. Bu barədə bir gün öncə Brüsseldə keçirilən Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclasının yekunları üzrə AB-nin yaydığı məlumatda bildirilir.
İclasda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonu təmsil edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus, AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle iştirak ediblər. Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.
AB Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü və onların danışıqları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam etdirmək barədə razılığa gəlməsini alqışlayıb. AB ATƏT-in Minsk Qrupunun sülhməramlı fəaliyyət üzrə səylərini bundan sonra da dəstəkləməyə hazır olduğunu bildirib. Avropa Birliyi yerlərdə insidentlərlə əlaqədar narahatlığını bildirib və tərəfləri gərginliyi artıracaq və danışıqları pozacaq hərəkət və bəyanatlardan çəkinməyə çağırıb.
Məlumatda qeyd edilir ki, AB və Azərbaycan “Şərq tərəfdaşlığı” çərçivəsində ikitərəfli münasibətləri dərinləşdirmək və beynəlxalq öhdəliklərin yerinə yetirilməsini davam etdirməklə bağlı razılığa gəlib. Bununla əlaqədar AB Azərbaycana tövsiyələri nəzərdən keçirməyə və seçkiləri, toplaşma, assosiasiya və KİV azadlığını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün qanunlar qəbul etməyi təklif edib. AB demokratik inkişaf üçün fəal vətəndaş cəmiyyətinin əhəmiyyətini vurğulayıb və Azərbaycanda demokratik institutların gələcək inkişafına dəstəyi davam etdirməyə hazır olduğunu diqqətə çatdırıb.
Tərəflər Tərəfdaşlığın strateji modernləşdirilməsi və Assosiasiyaya dair sazişlə bağlı danışıqlarda əldə olunan irəliləyişi alqışlayıb və assosiativ saziş üzrə danışıqların tempini sürətləndirmək barədə razılığa gəliblər. Bununla əlaqədar AB ÜTT-yə üzvlüklə bağlı danışıqları başa çatdırmağa çağırıb. ÜTT-yə üzvlük AB ilə Azərbaycan arasında daha dərin və hərtərəfli azad ticarət zonası üçün perspektiv aça bilər.
AB viza rejiminin sadələşdirilməsi və mobil tərəfdaşlığa dair sazişin imzalanmasını alqışlayıb. 2014-cü ilin əvvəlində readmissiya haqqında saziş imzalandıqdan və hər iki sənəd qüvvəyə mindikdən sonra vətəndaşların təhlükəsiz hərəkəti üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm addım atılacaq. Hər iki tərəf bu sahədə dailoqun davam etdirilməsi üzrə öhdəlik götürüb.
Birlik Azərbaycan və AB arasında enerji sektorunda əməkdaşlığı müzakirə edib və 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” konsorsiumu tərəfindən “Mərhələ-2” üzrə yekun investisiya qərarının imzalanmasını gözləyir. AB və Azərbaycan Transxəzər qaz kəmərinin tikintisinə tərəfdar olduqlarını təsdiq ediblər və bu boru kəmərinə dair üçtərəfli danışıqları tezliklə başa çatdırmaq iqtidarında olduqlarına əminlik ifadə ediblər. Tərəflər Cənub dəhlizinin əhəmiyyətini və enerji təhlükəsizliyi və Xəzər dənizindən AB-yə enerji resurslarının nəqlinin təhlükəsizliyi üzrə ümumi məqsədə nail olunmasında onun töhfəsini qeyd ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət