SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Bakının Qaradağ rayonunda yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (OGPC) inşa ediləcəyi ərazidə mövcud olan infrastrukturun köçürülməsi işlərinə başlayıb. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
Kompleksin tikintisi üçün Qaradağ və Abşeron rayonlarının həmsərhəd ərazisində, Səngəçal terminalının yaxınlığında 4200 hektara yaxın torpaq sahəsi ayrılıb.
“Ayrılan ərazidə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə məxsus rabitə xətləri, “Azərsu” ASC-yə məxsus su xətti, “Azəriqaz” İB-yə məxsus qaz xətti, “Azərenerji” ASC-yə və “Bakıelektrikşəbəkə” ASC-yə məxsus yüksək gərginlikli elektrik xətlərinin keçdiyi nəzərə alınaraq, bunların köçürülməsi ilə əlaqədar aidiyyatı təşkilatlarla birlikdə layihələndirmə işləri həyata keçirilir”, - deyə məlumatda vurğulanır.
Layihələndirmə işləri yekunlaşdıqdan sonra müvafiq tikinti təşkilatları cəlb ediləcək və həmin xətlərin köçürülməsi işlərinə başlanacaq.
Daha əvvəl SOCAR-ın vitse-prezidenti David Məmmədova istinadən məlumat verilib ki, şirkət 2026-cı ilə qədər Qaradağda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksini tam istifadəyə verməyi planlaşdırır. Kompleksin istismara verilməsi prosesi 2019-cu ildə qaz emalı zavodunun işə salınması ilə başlayacaq. Ümumilikdə kompleksə qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və enerji mərkəzi daxil olacaq.
OGPC-nin tikinti layihəsinin texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən edilmiş dəyəri tikinti dövründə götürülmüş kreditlər üzrə faizlər də daxil olmaqla $17,1 mlrd. təşkil edir. Layihənin dəyərinin təxminən 30%-nin nizamnamə kapitalı ($5 mlrd.-a yaxın), 70%-nin borc kapital hesabına ($12 mlrd.-a yaxın) maliyyələşdirilməsi planlaşdırılır. Kompleksin gəlirliliyi 13%, investisiya xərclərinin çıxarılma müddəti 7-8 il təşkil edəcək
Kompleksdə 27-dən çox xüsusi lisenziyanın tətbiqi ilə texnoloji proseslərin istifadə edilməsi gözlənilir. Ümumilikdə kompleksdə 40-dan artıq müasir qurğu istismara veriləcək. Neft emalının dərinliyi 95%-ə qədər, açıq rəngli neft məhsullarının hasilatı 85%-ə qədər artırılacaq.
İldə 10 mln. ton neft emal etmək gücünə malik NEZ-in tikintisi və istismara verilməsi ölkənin növbəti 20 il ərzində strateji neft məhsullarına olan tələbatını ödəyəcək.
Kompleksdə, həmçinin ildə 1,7 mln. tona yaxın ixracyönümlü neft məhsullarının istehsalı planlaşdırılır.
Azərbaycan əhalisinin və istehsal obyektlərinin təmizlənmiş təbii qaza olan tələbatı ildə 10-12 mlrd. kubmetr qaz emal etmək gücünə malik zavodun hesabına tam təmin ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət