Səudiyyə Ərəbistanının iş adamları “Ağ şəhər” layihəsi (Baku White City) və Sumqayıt Texnologiyalar Parkı layihələri ilə maraqlanıblar. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
Azərbaycanda səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman və Şahzadə Saud bin Xalid Əl-Feysəlin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də "Bakı Ağ şəhər ofisi binası"na gələrək "Ağ şəhər" layihəsi ilə tanış olub.
"Ağ şəhər" layihəsinin direktoru Ruslan Sadıxov nümayəndə heyətinə layihə barədə ətraflı məlumat verərək "Ağ şəhər" layihəsinin dünyada ekoloji baxımdan regenerasiya olunan sənaye zonasında həyata keçirilən, ən iri müasir layihələrdən olduğunu qonaqların diqqətinə çatdırıb.
Bildirilib ki, Bakının ekoloji cəhətdən yararsız, neft və neft tullantıları ilə çirklənmiş ərazilərində yeni inkişaf layihəsinə uyğun olaraq ən müasir yaşayış mərkəzi yaradılacaq. Burada inzibati binalar, müxtəlif ticarət mərkəzləri tikiləcək, istirahət parkları və yeni yaşayış mərkəzini dənizlə birləşdirəcək bulvar salınacaq.
Görüş zamanı "Ağ şəhər" layihəsinə investisiya qoyulması perspektivləri müzakirə edilib, qonaqlar tərəfindən bu layihəyə yerli və xarici investorların cəlb edilməsi üçün yaradılan əlverişli şərait yüksək qiymətləndirilib.
Həmin gün Əbdüllətif bin Əhməd Əl-Osmanın rəhbərlik etdiyi nümayəndə heyətində təmsil olunan iş adamları Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
Bildirilib ki, burada 17 zavod artıq uğurla fəaliyyət göstərir. Gələcəkdə burada ixracyönümlü məhsullar istehsal edən yeni zavodlar yaradılacaq.
Nümayəndə heyəti daha sonra STP-də zavodları gəzərək onların işi ilə yaxından tanış olub, istehsal prosesini maraqla izləyib. Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.
Xəbər verildiyi kimi, Sumqayıt Texnologiyalar Parkında ixracyönümlü və maşınqayırma məhsulları istehsal edən 30 zavod və sexin fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastruktur layihələrinin reallaşdırılmasına yönəlib.
Hazırda Bakıda köhnə neft emalı müəssisələrinin yerində yaşayış və ofis binalarından ibarət elit rayonların salınmasını nəzərdə tutan “Ağ şəhər” layihəsi həyata keçirilir. Əvvəllər Bakının bu hissəsi 19-20-ci əsrlərdə burada neft sənayesi müəssisələrinin yerləşməsi ilə əlaqədar “Qara şəhər” adlanırdı.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət