“Paşa Sığorta” şirkəti 2013-cü ilin yanvar-noyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilmiş məlumatda deyilir.
Hesabat dövründə “Paşa Sığorta” 48 mln. 952,177 min manat və ya bütün sığortaçıların 2013-cü ilin 10 ayı ərzində əldə etdiyi sığorta haqlarının 13,27%-i həcmində sığorta haqqı toplayıb.
Yanvar-noyabr aylarının yekunları üzrə toplanmış sığorta haqlarının həcminə görə 10 aparıcı sığorta şirkəti bunlardır: “AzSığorta” (39 mln. 63,781 min manat), “Azərsığorta” (37 mln. 808,229 min manat), “Atəşgah” (33 mln. 951,788 min manat), “Paşa Həyat Sığorta” (32 mln. 962,805 min manat), “Atəşgah Həyat” (22 mln. 223,692 min manat), “Standard Insurance" (16 mln. 899,203 min manat), “İpək Yolu Sığorta” (16 mln. 386,149 min manat), "AXA Mbask" (16 mln. 188,586 min manat) və “Beynəlxalq Sığorta Şirkəti” (12 mln. 588,871 min manat).
Hesabat dövründə lisenziyası olan 28 sığorta şirkəti sığorta haqqı toplayıb. Bununla yanaşı, 23 şirkət tərəfindən 1 mln. manatdan çox sığorta haqqı əldə edilib.
2013-cü ilin yanvar-noyabr aylarında ən çox ödəniş “Paşa Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 25 mln. 243,554 min manat və ya sığortaçıların bütün ödənişlərinin 22,85%-ni təşkil edib.
Həyata keçirilən ödənişlərin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına "Atəşgah" (13 mln. 765,6 min manat), “Azərsığorta” (11 mln. 642,543 min manat), “AzSığorta” (8 mln. 286,940 min manat), "AXA Mbask" (7 mln. 456,160 min manat), “Standard Insurance” (7 mln. 411,683 min manat), "A-Qroup" (5 mln. 927,968 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (5 mln. 397,682 min manat), “Bakı Sığorta” (3 mln. 443,678 min manat) və “Xalq Sığorta” (3 mln. 56,502 min manat) daxildir.
Xidmətin məlumatına görə, hesabat dövründə 28 sığorta şirkəti ödəniş həyata keçirib. 19 sığorta şirkəti 1 mln. manatdan artıq məbləğdə ödəniş edib.
Xəbər verildiyi kimi, cari ilin yanvar-noyabr aylarında sığortaçıların əldə etdiyi sığorta haqlarının ümumi məbləği 368 mln. 879,546 min manat, ödənişləri 110 mln. 482,987 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət