“Təmiz Şəhər” ASC Balaxanı Sənaye Parkında (BSP) müxtəlif şirkətlərin fəaliyyət göstərməsini nəzərdə tutan 6 memorandum imzalayıb. Bu barədə cəmiyyətin məlumatında bildirilir.
“Bu yaxınlarda Balaxanı Sənaye Parkında avtomobil şinlərinin oksigensiz (piroliz üsulu ilə) yandırılması nəticəsində piroliz yağlarının, karbon tozunun və metalın əldə olunması sənayesinin qurulması ilə bağlı Türkiyənin “Metem Turizm Tekstil İnşaat Ticaret Yatırım” A.Ş, plastik torbaların təkrar emalı ilə bağlı “KSC Qrup” şirkəti, PET qablarının təkrar emalı ilə bağlı “Az.Ekol” ilə qarşılıqlı anlaşma memorandumları imzalanıb”, - deyə məlumatda bildirilir.
Yuxarıda adı çəkilən emal sahələri ilə yanaşı, parkda qablaşdırma tullantıları, elektrik və elektron tullantı və sənaye akkumulyatorlarının təkrar emalı üzrə müxtəlif şirkətlərin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Balaxanı Sənaye Parkında təkrar emal sənayesi üzrə fəaliyyət göstərəcək müəssisələr üçün 7 il müddətinə vergilərdən azadolma, digər güzəşt və üstünlüklər tətbiq ediləcək.
“Parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, daxili və xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Parkın daxili və xarici infrastrukturu da sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydanlanacaqlar”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, “Ernst&Young” şirkəti tərəfindən Parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlanıb, sənaye parkı üçün ayrılmış 7 hektar ərazidə geoloji tədqiqat işləri aparılıb, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülüb və ərazi hasarlanıb. Bundan başqa, sənaye parkının nümunəvi əsasnaməsi təsdiq edilib, parkın korporativ təşviqat materialları hazırlanıb, Azərbaycan və ingilis dilində Parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilib. Artıq Balaxanı Sənaye Parkının layihə-smeta sənədlərinin hazırlanması işi yekunlaşıb və tikinti-inşaat işlərinə başlanılıb.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. 2009-cu ilin mart ayında Vergilər Nazirliyi ASC-ni 500 min manat nizamnamə kapitalı ilə qeydiyyata alıb. ASC-nin bütün səhmləri İqtisadi İnkişaf Nazirliyinə məxsusdur.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət