Parlamentin çərşənbə axşamı keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna spikerin aylıq vəzifə maaşının 300 manat artırılmasını nəzərdə tutan dəyişikliklər qəbul olunub.
Beləliklə, Milli Məclis sədrinin aylıq vəzifə maaşı 15% artırılaraq 1950 manatdan 2250 manata çatıb.
“Qeyd etmək lazımdır ki, sədrin və deputatların maaşlarının 19%-i müxtəlif vergilərin ödənilməsinə, pensiya fonduna və digər ödənişlərə yönəldilir. Beləliklə, Milli Məclisin spikeri 1822 manat maaş alacaq”, - deyə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Bundan başqa, sədr müavinləri və deputatların da maaşları artır.
“Milli Məclisin deputatlarının maaşları 2008-ci ildən etibarən artmayıb. Bu gün deputatların maaşlarının 15,3% artırılması nəzərdə tutulur”, - deyə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Dəyişikliklərə əsasən, birinci vitse-spikerin maaşı 1755 manatdan 2025 manata qədər, vitse spikerin – 1650 manatdan 1912,5 manata qədər, parlament komitələrinin sədrlərinin – 1560 manatdan 1800 manata qədər, deputatların maaşı isə 1365 manatdan 1575 manata qədər artacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət