2013-cü ilin yanvar-noyabr aylarında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2012-ci ilin analoji dövrü ilə müqayisədə 31,2% - 3 mlrd. 776 mln. 517,6 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarına görə lider olub. Bu şirkətlər tərəfindən investisiya qoyuluşlarının həcmi 1 mlrd. 354 mln. 432,5 min manat və ya bütün investisiyaların 35,9%-ni təşkil edib (azalma 10,4%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 454 mln. 642,7 min manat həcmində olub (artım 10,7%).
Bundan başqa, yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatına Norveç şirkətləri 467 mln. 602,8 min manat (artım 3,1 dəfə), Yaponiya şirkətləri 346 mln. 57,9 min manat (artım 24,6%), Türkiyə şirkətləri 270 mln. 526,3 min manat (artım 2,2 dəfə), Çexiya şirkətləri 258 mln. 107,2 min manat (artım 2,4 dəfə), Fransa şirkətləri 149 mln. 987,2 min manat (artım 3,2 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
Hesabat dövründə beynəlxalq təşkilatlar arasında Dünya Bankı 139 mln. 101,3 min manat (artım 13,8%), Asiya İnkişaf Bankı 42 mln. 304,3 min manat (azalma 58,4%), İslam İnkişaf Bankı 9 mln. 272,5 min manat (artım 1,9 dəfə), Avropa Şurası 2 mln. 153,1 min manat (artım 2,6 dəfə), Avropa Yenidənqurma və İnkişaf Bankı 215,4 min manat (artım 2,9 dəfə) məbləğində investisiya qoyuluşları həyata keçirib.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət