Ermənistan məqsədyönlü şəkildə status-kvonu qoruyub saxlayır və dünya birliyinə Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə kimi təqdim edir. Bu barədə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov bəyan edib.
“SAM-ın fəaliyyətində Qarabağ münaqişəsi prioritet istiqamətdir. Erməni tərəfi məqsədyönlü şəkildə status-kvonu qoruyub saxlayır və dünya birliyinə bu münaqişəsini dondurulmuş münaqişə kimi təqdim edir. Bu, müəyyən dövrdə Qarabağın müstəqilliyinin tanınmasına yönələn addımların atılması məqsədi ilə həyata keçirilir”, - deyə F.Məmmədov çərşənbə günü 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan isə bu münaqişəni dünyaya dondurulmamış münaqişə kimi təqdim edir.
“Beynəlxalq birlik kimi çox vacib anlayiş var, biz burada problemlər olduğunu hiss edirik. Həmin birliyin böyük hissəsini beyin mərkəzləri, ekspert qrupları təşkil edir. Münaqişə barədə həqiqət və faktların çatdırılması üçün biz beynəlxalq ekspertləri dəvət edir və müxtəlif tədbirlər keçiririk”, - deyə o bildirib.
“Bu mərkəzlərdə Azərbaycan müxtəlif aspektlərdən öyrənilir – islam və türk dünyasının bir hissəsi, Avropaya inteqrasiya etmək istəyən ölkə, “Böyük İpək Yolu”nda əsas ölkə kimi. Biz, həmçinin hansı səbəbdən Erməınistan-Türkiyə sərhədlərinin açılmasına qarşı çıxdığımızı, nə üçün Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Ermənistandan yan keçdiyini, niyə Azərbaycanın hərbi ritorikanı davam etdirdiyini izah edirik”, - deyə o əlavə edib.
F.Məmmədov qeyd edib ki, Ermənistan tərəfinin nümayəndələri nüfuzlu beynəlxalq meydançalarda Azərbaycan tərəfi ilə Qarabağ münaqişəsi mövzusunu müzakirə etməkdən qaçırlar.
“İri beynəlxalq tədbirlərdə Ermənistan tərəfinin nümayəndələri bu mövzunu müzakirə etməkdən qaçırlar. Bu, Ermənistan istisna olmaqla bütün regionun Azərbaycanın inkişaf strategiyasından istifadə etməsi ilə əlaqədardır. Ermənistan üçün çıxış yolu bu layihələrə qoşulmaq və gələcəyini təmin etməkdir. Lakin bunun üçün bu ölkə Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır”, - deyə o bəyan edib.
Onun sözlərinə görə, Ermənistanın istər Gömrük İttifaqı, istərsə də digər birliklər olsun, hər hansı təşkilata qoşulması bu ölkənin problemlərini həll etməyəcək. “Ermənistana investisiyalar yatırılmayacaq, çünki buna maraq yoxdur”, - deyə o qeyd edib.
O, həmçinin vurğulayıb ki, əgər beynəlxalq təşkilatlar, xüsusilə BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələr, ATƏT-in Minsk Qrupunun həmsədrləri “təcavüzkarı cəzalandırmırsa, o zaman Azərbaycan bunu təkbaşına və ya müttəfiqləri ilə birgə edəcək”.
“Cəza mexanizmi, ilk növbədə Ermənistanın təcrid olunmasıdır. Biz hər zaman bunu qeyd etmişik. Biz bunu qəsdən edirik. Heç bir dövlət onun ərazisini işğal edən ölkə ilə iqtisadi münasibətlər qurmur. Bu cəfəngiyyatdır”, - deyə F.Məmmədov vurğulayıb.
“Ermənistanın bir sıra havadarları isə bizi sərhədləri bağlayan təcavüzkar ölkə kimi təqdim edirlər. Sərhədlərin açılması məsələsində mövqeyimizi yumşaltmağa çağıran ölkələr ABŞ, Rusiya, Fransadır. Bunlar son illər ərzində dəfələrlə silaha əl atan ölkələrdir. Fransa Malidə, ABŞ isə dünyanın üç hissəsində müharibə aparır”, - deyə o bəyan edib.
“Bundan başqa, ABŞ Kubaya qarşı təcridetmə siyasəti yürüdür. Rusiya Gürcüstanla sərhədləri bağlayıb və iqtisadi münasibətləri dayandırıb. Aİ haqqında da eyni fikri demək olar. Qeyd etmək istərdim ki, biz eyni üsullardan istifadə edirik və bu, normal qarşılanmalıdır. Azərbaycan bu regionun memarlığını müəyyən edən ölkələrdən biridir və mən inanıram ki, yürütdüyümüz siyasət öz bəhrəsini verəcək”, - deyə F.Məmmədov qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət